• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Direktor və müavinləri sertifikasiya imtahanı verəcək?

CƏMİYYƏT

18 May 2023 | 12:27

Direktor və müavinləri sertifikasiya imtahanı verəcək?

“Keçən il keçirilən sertifikasiya imtahanlarında uğursuz nəticə göstərən müəllimlər üçün təkrar imtahanlar iyul ayının sonu avqustun əvvəli keçiriləcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. 

O qeyd edib ki, təkrar imtahanda da iştirak etmirsə və ya uğursuz nəticə olarsa, həmin şəxslərin əmək müqaviləsinə xitam veriləcək.

E.Bağırov əlavə edib ki, hazırda direktor və müavinlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılmır:

“Bununla bağlı qaydalar yoxdur. Gələcəkdə ola bilər. Direktor müavinidir və müəllimdirsə, onlar da imtahandan azaddırlar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026