• Bakı 16° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Dişləri qar kimi ağardan ÜSULLAR

CƏMİYYƏT

14 May 2025 | 16:38

Dişləri qar kimi ağardan ÜSULLAR

Ağız və diş baxımına laqeyd yanaşdıqda dişlər təbii ağ rəngini itirərək saralmağa başlayır. Xüsusilə qida qalıqları, çay və qəhvə istehlakı, siqaret və bəzi xəstəliklər dişlərin rəngini dəyişdirə bilər.

Lakin dişlərin sağlam görünüşünü və təbii ağlığını bərpa etmək üçün bahalı prosedurlara ehtiyac olmadan istifadə edilə biləcək təbii üsullar mövcuddur.

Bakıvaxtı.az gündəlik həyatınızda tətbiq edə biləcəyiniz, sadə və effektiv üsulları təqdim edir:

Alma sirkəsi antibakterial xüsusiyyəti ilə ağızda saralmaya səbəb olan bakteriyaların qarşısını alır.

İstifadə qaydası- 1 xörək qaşığı alma sirkəsini yarım stəkan su ilə qarışdırın və bu məhlulla qarqara edin. Həftədə 2 dəfə istifadə etmək tövsiyə olunur.

Banan qabığının daxili lifli hissəsi maqnezium və kalium zəngindir. Bu minerallar diş minasına zərər vermədən ağartma effekti yaradır.

İstifadə qaydası- banan qabığının içi ilə dişlərinizi 2 dəqiqə sürtün. Daha sonra normal diş fırçanızla dişlərinizi fırçalayın.

Soda diş səthindəki ləkələri təmizləyir, limon isə təbii ağardıcı təsir göstərir.

İstifadə qaydası- 1 çay qaşığı soda ilə bir neçə damcı limon suyunu qarışdırın. Alınan pastanı diş fırçasına çəkərək dişlərinizi yüngül fırçalayın. Həftədə yalnız 1 dəfə istifadə edilməlidir.

Təbii kokos yağı dişlərin ağlığını bərpa etməyə kömək edir. Bu üsul dişlərin saralmasına səbəb olan bakteriya və toksinləri təmizləməyə kömək edir.

İstifadə qaydası- 1 xörək qaşığı kokos yağını ağzınıza 10-15 dəqiqə sürtün. Sonra onu tüpürün və dişlərinizi fırçalayın.

Cansu Məmmədli

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR