• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Disneyland bağlandı - SƏBƏB

DÜNYA

29 Noyabr 2022 | 13:53

Disneyland bağlandı - SƏBƏB

Çinin Şanxay şəhərindəki Disneyland əyləncə parkı Covid-19 yoluxmalarının artması səbəbindən görülən tədbirlər çərçivəsində müvəqqəti olaraq bağlanıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Çin Covid-19 epidemiyası ilə mübarizədə “sıfır-Covid” strategiyası çərçivəsində sərt tədbirlər görməyə davam edir.

Çinin Şanxay şəhərindəki Disneyland əyləncə parkı sürətlə artan Covid-19 yoluxmalarından sonra bağlanıb. "Şanxay Disneyland epidemiyanın qarşısının alınması, nəzarət altına götürülməsi və lazımi tədbirlərin həyata keçirilməsi üçün 29 noyabr 2022-ci il tarixindən etibarən müvəqqəti olaraq bağlanacaq.

Tədbirlərimizin nə vaxt başlayacağı barədə ən qısa zamanda ziyarətçilərimizə məlumat verəcəyik. Disneytoun, Dilək Ulduz Parkı və iki otel normal şəkildə işləməyə davam edir. Narahatçılığa görə üzr istəyirik. Biz bütün ziyarətçilərimizə bu müddət ərzində ödənişləri geri qaytarmaq və mübadilə etmək imkanı verəcəyik. Anlayışınıza və əməkdaşlığınıza görə təşəkkür edirik” - deyə Şanxay Disneylandın internet saytında bildirilir.

Qeyd edək ki, Şanxayda 10 yerli Covid-19 yoluxması aşkar edildikdən sonra şəhərdəki Disneyland əyləncə parkı son 1 ildə ikinci dəfə karantinə alınıb. Bildirilib ki, parka gələn ziyarətçilər neqativ test vermədən parkı tərk edə bilməyiblər və oktyabrın 27-dən parka gələn hər kəsdən 3 gün ərzində 3 dəfə test vermələri tələb olunub.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR