• Bakı 14° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Doğum günündə şəhid olan Hikmətin qardaşı dünyaya gəldi - FOTO

CƏMİYYƏT

27 Mart 2025 | 20:05

Doğum günündə şəhid olan Hikmətin qardaşı dünyaya gəldi - FOTO

Vətən müharibəsi şəhidi Hikmət Bağırlının qardaşı doğulub.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, körpə bu günlərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açıb.

Qeyd edək ki, ailənin yeganə oğul övladı Hikmət Bağırov 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra çağrışla həqiqi hərbi xidmətə yollanıb. O, hərbi xidmətdə kəşfiyyat qrupunda xidmət edib. Hikmət anadan olduğu gün Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Hikmət Bağırlı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.


SON XƏBƏRLƏR

30 Mart 2025