• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət qurumu 700 min manata tanışlıq turları təşkil edəcək 

CƏMİYYƏT

08 Avqust 2023 | 14:30

Dövlət qurumu 700 min manata tanışlıq turları təşkil edəcək

Dövlət Turizm Agentliyi xarici ekspertlər və turizm nümayəndələri üçün tanışlıq turlarının təşkili xidmətlərinin satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi "BAKU HOLİDAY" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Qalib şirkətlə 768 min 991 manat dəyərində müqavilə imzalanıb.

Tenderin şərtlərinə görə, almandilli ölkələrin, Çinin, İsrailin turizm sənayesi və media nümayəndələrinin Azərbaycana tanıtım səfərlərinin təşkili, həmçinin Quş gözətçiliyi turizm sənayesi və media nümayəndələrinin Azərbaycana tanıtım səfərlərinin təşkili, K.I.T. Qrup ilə əməkdaşlıq çərçivəsində Azərbaycana tanıtım səfərlərinin təşkili və Qazaxıstanın turizm sənayesi nümayəndələrinin Azərbaycana tanıtım səfərlərinin təşkili nəzərdə tutulur.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR