Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması barədə tender keçirilib.
Bakıvaxtı.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən keçirilən tenderin qalibi “SPC” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
DVX üçün vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması şirkətlə 1220839.8 manatlıq müqavilə bağlayıb.
Qeyd edək ki, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları barəsində “Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqlənmə nişanlarının təchizat normasının və istifadə müddətlərinin təsdiq edilməsi haqqında” Nazirlәr Kabinetinin qərarı və “Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında” əsasnamədə qeyd olunub.
Ramid İbrahimov
















