• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Dünyanın ən təhlükəli muzdluları: "Vaqner Qrupu" Ukraynadadır

DÜNYA

25 Fevral 2022 | 14:52 | Müəllif: Subhan Mahmudov

Dünyanın ən təhlükəli muzdluları: "Vaqner Qrupu" Ukraynadadır

Rusiyanın Ukraynaya hücuma başlamazdan əvvəl "Vaqner Qrupu"nu bölgəyə göndərdiyi iddia olunub.

Bakıvaxtı.az Sfera.az-a istinadən bildirir ki, bu barədə  "New York Times" və "New York Post"da məlumatlar dərc olunub. Yazıda Vladimir Putinin Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk vilayətlərinə 300 "Vaqner" muzdlusu göndərdiyi qeyd edilib. Məlumata əsasən, həmin qrupun üzvləri bölgəyə mülki geyimdə daxil olublar.

Digər tərəfdən Rusiya Cinayət Məcəlləsinə əsasən, muzdlu xidmət qadağan olunsa da, şirkətlərin özəl təhlükəsizlik qüvvələrinin nəzdində fəaliyyət göstərə bildiyi vurğulanıb. Mütəxəssislər bir neçə mühafizə şirkətinin mövcudluğuna diqqət çəkiblər -  onların arasında "Vaqner Qrupu" da yer alıb.

Rəsmi sənədlərə görə, 2018-ci ildə Suriyadakı ABŞ koalisiya qüvvələri "Vaqner Qrupu" ilə əlaqəli 300 agenti öldürüb və ya yaralayıb. 

"Vagner Qrupu" Çeçen müharibəsinin qazilərindən olan Dmitri Utkin tərəfindən yaradılıb. Şirkətin adı Adolf Hitlerin ən çox bəyəndiyi opera bəstəkarı Riçard Vaqnerin adından götürülüb. Firmanın sahibi isə Federal Təhqiqatlar Bürosunun ən çox axtarılanlar siyahısında yer alan rus oliqarx Yevgeni Priqozxindir. O, sahibi olduğu restoranlar və təşkil etdiyi lüks axşam yeməyi partiləri səbəbilə "Putinin aşbazı" da adlandırılır.
Qeyd edək ki, "Vaqner Qrupu"nun Krımın işğalında da iştirak etdiyi bildirilir. Bununla yanaşı, qrupun adı Mozambik, Liviya və Sudandakı vətəndaş müharibələrində də çəkilib.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026