• Bakı C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.8382

    RUB - 0.0186

DYP-dən hava ilə əlaqədar əhaliyə MÜRACİƏT

CƏMİYYƏT

09 Dekabr 2023 | 12:47

DYP-dən hava ilə əlaqədar əhaliyə MÜRACİƏT

Həftəsonu müşahidə olunan hava şəraiti ilə bağlı Baş DYP İdarəsinin ​ yol ​ hərəkəti iştirakçılarına müraciət edib.

Baş DYP İdarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, hazırda​ müşahidə olunan yağışlı,​ dumanlı hava şəraiti​ yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün​ digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

    Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxsus səfərə çıxan​ sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.


    SON XƏBƏRLƏR

    01 Mart 2024