• Bakı 18° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Əcnəbi tələbələr də səfərbərliyə cəlb olunur? - Açıqlama

DÜNYA

29 Sentyabr 2022 | 15:18

Əcnəbi tələbələr də səfərbərliyə cəlb olunur? - Açıqlama

Rusiya Daxili İşlər Nazirliyi xarici tələbələrin oktyabrın 12-dən sonra Rusiyanı tərk etmələri barədə məlumatları təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirlikdən bildirilib ki, Rusiya ali məktəblərində təhsil alan əcnəbi tələbələrin oktyabrın 12-dən sonra ölkəni tərk etmələri ilə bağlı internetdə yayılan məlumatlar həqiqətə uyğun deyil.


Daxili İşlər Nazirliyi izah edib ki, COVID-19 ilə əlaqədar əvvəllər xarici ölkələrlə nəqliyyat əlaqələrinə tətbiq edilən məhdudiyyətlər avqustun 17-dən götürüldükdən sonra vətəndaşların müvəqqəti olma müddətinin və olduğu yer üzrə qeydiyyatın dayandırılması ilə bağlı müvəqqəti tədbirlərə Abxaziya, Belarus, Qazaxıstan, Çin, Monqolustan və Cənubi Osetiya vətəndaşları, Ermənistan və Qırğızıstan vətəndaşları üçün 3 sentyabr tarixindən xitam verilib. “Oktyabrın 13-də isə bütün digər ölkələrin vətəndaşları üçün belə müvəqqəti tədbirlər ləğv ediləcək. Rusiya Federasiyasının ərazisində bundan sonra qanuni qalmaq üçün etibarlı sənədləri olmayan şəxslər hüquqi statuslarını tənzimləmək üçün göstərilən tarixə qədər Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına müraciət etməlidirlər", deyə Rusiya DİN-nin məlumatına qeyd olunub.


SON XƏBƏRLƏR