• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əcnəbilərin Azərbaycanda yaşaması üçün qaydalar sərtləşdirilir

CƏMİYYƏT

08 Fevral 2023 | 11:04

Əcnəbilərin Azərbaycanda yaşaması üçün qaydalar sərtləşdirilir

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manatlıq daşınmaz əmlaka və ya banklarda ən azı 200 min manat depozitə saib olmalıdır.

Bakıvaxtı.az  xəbər verir ki, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsində əksini tapıb.

Belə ki, bu şəxslərin Azərbaycanda daimi yaşaması üçün müvafiq tələblər 2 dəfə artırılır.

Daimi yaşamaq üçün icazəsi olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim etməlidir.

Qeyd edək ki, həmin məbləğlər müvəqqəti yaşamaq icazənin alınması üçün 100 min manat məbləğində məqbul hesab edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026