• Bakı 25° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Eduard Mendi "Əl-Əhli" ilə anlaşdı

İDMAN

21 Iyun 2023 | 13:01

Eduard Mendi "Əl-Əhli" ilə anlaşdı

İngiltərənin "Çelsi" klubunun qapıçısı Eduard Mendi də karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

Onun sözlərinə görə, 31 yaşlı qolkiper "Əl-Əhli" ilə anlaşıb. Seneqallı oyunçu ilə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Eduard Mendi 2020-ci ildən London təmsilçisinin uğurları üçün çalışıb. O, "zadəganlar"la Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026