• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

 Əfqanıstan "TAPİ"dən ildə 1 milyard dollar ala bilər

İQTİSADİYYAT

27 Avqust 2021 | 16:15

Əfqanıstan "TAPİ"dən ildə 1 milyard dollar ala bilər

"TAPİ" Əfqanıstana tranzit üçün ildə 1 milyard dollar almağa imkan verəcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın xarici işlər naziri Ş.M. Qureyşi Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tamamlanması və istismara verilməsi Əfqanıstana 1 milyard dollar tranzit haqqı və qonorar almağa imkan verəcəyini bildirib.

Taliban hərəkatı "TAPI" qaz kəmərinin çəkilişində və ölkədə digər böyük infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıdır. Bu barədə hərəkatın Qətər siyasi ofisinin rəsmi nümayəndəsi M. Şahin məlumat verib.

"TAPI" Türkmənistanın cənubundakı nəhəng Qalkınış qaz yatağından Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvettu və Multan şəhərlərindən keçərək Hindistanın qərbindəki Fazilka şəhərinə gedəcək.

Qaz kəmərinin uzunluğu 1814 km olacaq (Türkmənistan üzərindən - 214 km, Əfqanıstandan - 774 km, Pakistandan - 826 km). Qaz ötürmə qabiliyyəti ildə 33 milyard kubmetr təşkil edəcək.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026