• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Regionlarda ciddi sosial problemlər var" - AÇIQLAMA

CƏMİYYƏT

29 Dekabr 2021 | 12:17

"Regionlarda ciddi sosial problemlər var" - AÇIQLAMA

Sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət proqramları  və layihələri təsdiq olunub.

Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tədbirlər planına əsasən kommunal xidmətlərlə bağlı problemlərin həll olunması nəzərdə tutulub. ​Amma hələ də ölkənin etibarlı su təchizatına nail olunmayıb. Azərbaycanda hələ də fasilə ilə su alan yaşayış məntəqələri var. Ölkə ərazisində qazlaşdırılma prosesi başa çatdırılmayıb.

İqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, Abşeron yarımadasından (Bakı, Sumqayıt və Abşeron) kənarda  ölkənin bütün regionları üzrə elektrik enerjisi şəbəkəsinə qoşulmuş təxminən 1.5 milyon əhali abonenti var. 

“Onlardan isə cəmi 1.2 milyonu qaz şəbəkəsinə qoşulub. Bu o deməkdir ki, ölkənin əyalətlərində qaz təchizatı olmayan ev təsərrüfatları azı 20% təşkil edir. Bölgələrdə mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulan ev təsərrüfatlarının sayı isə 500 mini ötmür  - yəni bütün əhali abonentlərinin ən yaxşı halda 35%-i. Demək ki, yerdə qalan 65% ev təsərrüfatının davamlı olaraq keyfiyyətinə nəzarət olunan və təminat verilən mərkəzləşdirilmiş içməli su şəbəkəsinə çıxışı yoxdur. Son dərəcə ciddi sosial problemdir - regional inkişaf proqramlarının önə çıxarılmalı priroritetləri sırasında əhalinin, xüsusən kəndlərin keyfiyyətli və dayanıqlı içməli su təchizatı olmalıdır”, - deyə ekspert bildirib.

Qeyd edək ki, Baş nazir Əli Əsədov parlamentin bu ilin dekabrın 3-də keçirilən iclasında deyib ki, infrastrukturun genişləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, enerji, su və digər xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük həcmli kompleks layihələr həyata keçirilir.

“Ölkə ərazisində qazlaşdırılmanın başa çatdırılması hökumətin əsas hədəflərindən biridir. Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96,19 faiz təşkil edir. Ümumiyyətlə, ölkə üzrə 2 milyon 400 mindən çox abonent mövcuddur ki, onların 95,5 faizi əhalidir”, - deyə Əli Əsədov qeyd edib.

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026