• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Yoluxma nə vaxt azalacaq?

CƏMİYYƏT

28 Yanvar 2022 | 06:11 | Müəllif: Qalib İbrahimoğlu

Yoluxma nə vaxt azalacaq?

COVID-19-a yoluxma halları artmaqdadır. Lakin yaxın gələcəkdə dalğa azalacaq.

Bakıvaxtı.az xəbər verir ki, belə bir proqnozu “Sputnik” radiosuna müsahibəsində virusoloq Pyotr Çumakov verib.

“Virusoloq "Omikron" ştamı çox yoluxucudur və sürətlə yayılır, lakin onun yaratdığı COVID-19 dalğası yüksələn kimi tez də azalacaq”.

Ekspertin fikrincə, Rusiyada dalğa çox güman ki, fevralın 10-dan sonra azalmağa başlayacaq.

Virusoloq bildirib ki, koronavirusun "Omikron" variantı ilə yoluxma çox vaxt COVID-19 simptomları ilə nəticələnmir: “İndi insanların çoxu asemptomatikdir, yəni yoluxduqlarını belə bilmirlər, çünki bu ştam çox aşağı patogendir, adətən insanın hiss edə bilməyəcəyi yüngül, soyuqdəyməyə bənzər bir xəstəliyə səbəb olur”.

Ekspert hesab edir ki, bir çox "Omikron" daşıyıcılarında COVID-19 simptomları olmadığından və tibbi yardıma müraciət edilmədiyindən, hazırda gördüyümüz insidentlərin artması əslində statistikanın göstərdiyindən qat-qat çoxdur.

O əlavə edib ki, "Omikron"a yoluxmuş insanların böyük bir hissəsi COVID-19-a qarşı immunitet qazanacaq, buna görə də bu xəstəliyin növbəti dalğası narahatlıq yaratmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026