• Bakı 8° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Omikron" yayda gündəmdən düşəcək - İnfeksionistdən PROQNOZ

CƏMİYYƏT

28 Yanvar 2022 | 07:33 | Müəllif: Qalib İbrahimoğlu

"Omikron" yayda gündəmdən düşəcək - İnfeksionistdən PROQNOZ

Son günlər Azərbaycanda yoluxmanın artmasının əsas səbəbi "omikron" ştamının geniş yayılmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, publika.az-a müsahibəsində infeksionist Mərdan Əliyev yoluxmanın pik həddi barədə proqnoz verib.

"Dünyanın hansı ölkəsində "omikron" ştamı yayılırdısa, həmin yerdə virusa yoluxanların sayında artım olurdu. Bu virusdan qorunmaq üçün cərrahi maskalardan istifadə etmək məsləhətlidir. Çünki adi maskalar insanları həmin təhlükəli ştamdan qoruya bilmir. Qış fəsli pandemiyanın əsas dövrüdür və yoluxmaların fevral ayında pik nöqtəyə çıxacağı güman olunur. Ancaq mart ayının ortalarına qədər yoluxanların sayının azalacağı gözlənilir və yay aylarında çox güman ki, bu ştam gündəmdən düşəcək.

"Omikron" digərlərindən mutasiyasının çox olması ilə fərqlənir. Həmin ştamın genotipi mövsümi kəskin respirator infeksiyalara daha yaxındır. Bu ştam xüsusilə yuxarı tənəffüs yollarında sürətlə artır. Xaric etdiyimiz havada virusun sayı yüksək olduğu üçün yoluxdurma qabiliyyəti də digərlərinə nisbətən daha yüksəkdir. Bu səbəbdən də son zamanlar əhalinin 90 faizi "omikron" ştamına yoluxub".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026