• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ehtiyatdan çağırılan hərbçilərlə təlim toplanışı keçirildi - VİDEO

CƏMİYYƏT

01 Dekabr 2025 | 18:33 | Müəllif: Subhan Mahmudov

Ehtiyatdan çağırılan hərbçilərlə təlim toplanışı keçirildi - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində XTQ-nin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Əvvəlcə hərbi vəzifəlilərlə sinif məşğələləri təşkil edilib, onlara nizamnamələr və təhlükəsizlik qaydaları öyrədilib. Daha sonra təlim mərkəzində iştirakçılarla fiziki hazırlıq, taktiki-xüsusi hazırlıq və kəşfiyyat hazırlığı üzrə məşğələlər yerinə yetirilib.

Qeyd edək ki, təlim toplanışının əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının yüksəldilməsi, onlara yeni hərbi biliklərin öyrədilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026