• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Bu gündən... 

CƏMİYYƏT

16 Dekabr 2024 | 14:32

Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Bu gündən... 

Bu gündən Azərbaycanda elektromobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının onlayn rəsmiləşdirilməsinə başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a İcbari Sığorta Bürosundan (İSB) bildirilib.

Məlumata görə, artıq sürücülər müvafiq şəhadətnaməni sığorta şirkətlərinin internet səhifələrindən əldə edə, həmçinin İSB-nin saytına daxil olaraq burada təqdim olunan sığorta şirkətlərinin siyahısından seçim edə, həmin şirkətin rəsmi səhifəsinə birbaşa keçid edərək elektromobilləri üçün sığorta müqaviləsini onlayn qaydada rəsmiləşdirə bilərlər.

İSB-nin elektronlaşma sahəsində apardığı islahat tədbirləri sığorta xidmətlərinin ölkəmizdə inkişaf etdirilməsinə, sığortalıların hüquqlarının qorunmasına və sığorta məhsullarına əlçatanlığın təmin olunmasına xidmət edir.

"Büro “İcbari sığortalar haqqında” qanunun tələblərinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin hüquqlarının qorunması, icbari sığorta sisteminin sabitliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində fəaliyyət göstərir", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

18 Aprel 2025