• Bakı 21° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Əlif Hacıyevin qardaşı HƏBS EDİLDİ

HADİSƏ

18 Dekabr 2021 | 11:34

Əlif Hacıyevin qardaşı HƏBS EDİLDİ

Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. 

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılmışdır. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. 

Araşdırma aparılır.

Qeyd edək ki, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olan Rza Hacıyev Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026