• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Elton Məmmədovun şirkəti məhkəmə VERİLDİ

GÜNDƏM

09 Iyul 2021 | 15:27

Elton Məmmədovun şirkəti məhkəmə VERİLDİ

Azərişıq Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı-XXI Əsr MMC-ni məhkəməyə verib.

Bakıvaxtı.az Hit.az-a istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə hər hansı qeyd yoxdur. İddialara görə isə, “Azərişıq”ın MMC-ni məhkəməyə verməsi külli miqdarda borcla bağlıdır.

"Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 14,9 milyon manat olan Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib.

Ötən il Bakı-XXI Əsr MMC yenidən təşkil olunmuşdu. Buna səbəb tərkibindən ayrılma baş verməsi və "Krosvey" MMC-nin yaradılması idi.

Bu ilin mart ayında isə Bakı-XXI Əsr MMC-nin fəaliyyətinə xitam verilib. Şirkət Top Properties MMC-yə birləşib. Bir ay sonra Krosvey MMC də ləğv olunub.

Bakı-XXI Əsr MMC-nin sahibi keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR