“2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu DOST Agentliyində “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
O qeyd edib ki, bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfərin işlə təmin olunduğu, 62 min nəfərin özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradıldığı, proqramına cəlb olunanların illik sayının 14 dəfə artaraq 16 mini ötdüyü, 445 min nəfərin peşəyönümü xidmətlərə, 16 min nəfərin peşə hazırlığına cəlb edildiyi diqqətə çatdırılıb.
Ramid İbrahimov
















