• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ən savadlı həkim belə qızılca diaqnozu qoya bilməz

CƏMİYYƏT

08 Dekabr 2023 | 16:54

Ən savadlı həkim belə qızılca diaqnozu qoya bilməz

Son günlər ölkədə qızılca xəstəliyinin sürətlə yayılması gündəmi zəbt edib. Bununla belə, əksəriyyət hələ də qızılcanın hansı əlamətlərinin olduğunu bilmir.

Bakıvaxtı.az-ın məlumatına görə, pediatr, parazitoloq Sevinc Əliyeva qızılca xəstəliyi haqqında məlumat verib: “Bu gün körpələr xəstəlikdən əziyyət çəkirlər. Fəsil ilə əlaqədar aşırı yağmurlar var. Yağış və rütubət də virusların yayılması deməkdir. Viruslar soyuq havada bölünüb çoxalırlar”.

Qızılcanın da virus xəstəliyi olduğunu deyən həkim bildirib ki, ona görə də, antibiotik tədbiq olunması tövsiyə olunmur. Onun sözlərinə görə, bir körpə havaya çıxıb digərləri ilə kontaktda olarsa, rahatlıqla qızılcaya yoluxa bilər.

S.Əliyeva vurğulayıb ki, ən savadlı həkim belə qızılcaya ilkin diaqnoz qoya bilməz. Çünki qızılca bütün viruslar kimi kataral əlamətlərlə özünü göstərir: “Kataral əlamətlər halsızlıq, 38.5-40 dərəcə temperatur, öskürək, qarın ağrısı, iştahsızlıqla özünü büruzə verir. İlk başlarda səpki olmadığından diaqnoz qoyula bilməz. Kataral əlamətlərin beşinci günü səpkilər yaranmağa başlayır. Bu da hər kəsdə olmur”.

Həkimin dediyinə görə, hansısa uşaq qızılcaya yoluxubsa, 7-17 günü gözləmək lazımdır, çünki inkubasyon dövrü 21 gün belə çəkə bilər. Hər gün uşağın temperaturunu ölçmək, rəqəmi qeyd etmək lazımdır. İlkin əlamət temperaturdur. Qızılcanın əsas əlamətlərindən biri də gözlərdə çirk, qızarıqlıq yaranmasıdır. Bu zaman uşaqlar işığa baxmaqdan qorxurlar.

S.Əliyeva bildirib ki, səpkilər birinci üz, baş, qulağın arxasında başlayır: “Daha sonra uşağın dodaqları quruyur, gözündən yaş axır, hərarət 40-a qədər yüksəlir. Növbəti günlər səpkilər yuxarı və aşağı ətraflara yayılır. Səpki başladıqdan sonra yoluxucu deyil. Deməli, uşağı səpki olana qədər nəzarətdə saxlamaq lazımdır. Ona görə, hərarəti olan uşağı məktəbə buraxmamalıyıq. Çünki səpki başlayana qədər xəstəlik yoluxucudur. Uşağınız qızılcalı uşaqla kontaktda olubsa, 7-17 gün karantində saxlamaq lazımdır. Heç bir klinik əlamət olmasa belə o uşaq yoluxucudur. 8-ci gündən etibarən səpki azalır, qabıqlanır”.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024