• Bakı 29° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.8181

    RUB - 0.0191

Energetika naziri Naxçıvanda bir sıra görüşlər keçirib

İQTİSADİYYAT

29 Sentyabr 2023 | 17:55

Energetika naziri Naxçıvanda bir sıra görüşlər keçirib

Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

Bu barədə Bakıvaxtı.az-a Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammed Abunayyan ilə görüşdə 240 MVt gücündə “Xızı-Abşeron” KES-in icrası ilə bağlı işlərin gedişatı, növbəti addımlar, həmçinin ixrac məqsədilə dənizdə və quruda ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyalarının reallaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.  Bu çərçivədə bu gün Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “ACWA Power” şirkəti arasında imzalanan “Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək layihəsi üçün tədbirlər təqvimi”nin (Yol xəritəsi) əhəmiyyətindən bəhs edilib.

TEPSCO-nun Baş icraçı direktoru Kojima Hideo ilə görüşdə isə şirkətlə əməkdaşlığın inkişafı nəzərdən keçirilib. Azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının monitorinqində iştirak edəcək TEPSCO Azərbaycanla uzunmüddətli əməkdaşlığa maraqlı olduğunu bildirib. Şirkət Naxçıvanın da Yaşıl Enerji Zonası Konsepsiyasının hazırlanması istiqamətində əməkdaşlıq niyyətini ifadə edib.

Energetika naziri Pərviz Şahbazov “Baltech Enerji” şirkətinin İdarə Heyətinin sədri Bülent Karani ilə də görüşüb. Şirkət Qarabağda 100 MVt külək elektrik stansiyası, Naxçıvanda isə 50 MVt gücündə günəş elektrik stansiyası üzrə əməkdaşlıq təklifi irəli sürüb. Bu xüsusda zəruri məsələlər nəzərdən keçirilib.

“McKinsey & Company” şirkətinin enerji üzrə qlobal rəhbəri Thomas Vahlenkampla görüşdə müzakirələrin predmetini dünya enerji bazarında vəziyyət, qlobal enerji perspektivləri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr təşkil edib. Tezliklə regionda ən böyük -230 MVt gücündə günəş elektrik stansiyasının  istismara veriləcəyi bildirilib. “Yaşıl” enerjinin və “yaşıl” qazın Xəzərdən Avropaya və Naxçıvandan Türkiyəyə ixracı ilə bağlı layihələr enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə qarşı görülən tədbirlərə töhfələr kimi qiymətləndirilib. “McKinsey & Company” şirkətinin  enerji keçidi prosesində Azərbaycana dəstək verməyə hazır olduğu diqqətə çatdırılıb.


SON XƏBƏRLƏR

24 Iyun 2024