Böyük Britaniya Baş naziri Kir Starmerin kommunikasiya direktoru Tim Allan dünən istefa verdiyini açıqlayıb. Qərb bunu Ceffri Epşteyn və keçmiş səfir Peter Mandelson arasındakı əlaqələrlə bağlı qalmaqala qarışan Leyboristlər Partiyasının lideri K.Starmer üçün daha bir zərbə adlandırıb.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, Tim Allan Kir Starmerin aparat rəhbəri Morqan MakSvininin istefasından 24 saatdan az müddət sonra iatefa verməsi ilə bağlı qısa açıqlama verib:
“Dauninq küçəsində yeni bir komandanın formalaşmasına imkan vermək üçün istefa vermək qərarına gəldim. Baş nazirə və onun komandasına uğurlar arzulayıram”.
Mühafizəkar müxalifət lideri Kemi Badenok isə son istefalara münasibət bildirərək Kir Starmerin məsuliyyəti öz üzərinə götürməli və istefa verməli olduğunu deyib. O, BBC radiosunda bildirib:
“Mənə pis məsləhət verildi” ifadəsi lider üçün yaxşı bəhanə ola bilməz. Onun mövqeyi artıq əsassızdır”.
Baş nazirin sözçüsü Dauninq Strit dərhal cavab verib və Kir Starmerin istefa vermək niyyətində olmadığını bildirib. O qeyd edib ki, Baş nazir işinə diqqət yetirir və istefa verməkdən imtina edir.
Aydın Baxış
Bakı 




