İstanbulun fəthi əzm və qətiyyətin nəticəsində baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 569—cu il dönümündə çıxışı zamanı deyib.
“Tariximizdə asan qazanılan qələbə yoxdur. Buradan səslənirəm. Fəth mübarək olsun! Fəthlərin anası bu fəthin neçə-neçə əsrləri mübarək olsun! Fatehdən Allah razı olsun.! İstanbulu fəth edərək müsəlmanların 7 əsrlik xəyallarını gerçəkləşdirən Fateh Sultan Məhməd Bizansın xəyallarını tarixə dəfn edib”, - deyə Ərdoğan bildirib.
















