• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Ərdoğan razılıq verdi: Bu nazirlər göndərilir

DÜNYA

13 Oktyabr 2024 | 16:48

Ərdoğan razılıq verdi: Bu nazirlər göndərilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinə yenidən baxılması üçün yaşıl işıq yandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sözçü” nəşri məlumat yayıb.

Ərdoğan hökumət daxilində kadr dəyişikliyi ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib ki, inzibati mexanizmlərdə və hakim Ədalət və İnkişaf Partiyasının daxilində bəzi dəyişikliklər ola bilər.

Türkiyə mətbuatının məlumatına görə, ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Gökdaş, gənclik və idman naziri Osman Aşkın Bak və əmək və sosial təminat naziri Vedat İşıkhan vəzifələrindən çıxarıla bilərlər.

Bundan başqa, bir-birinin ardınca zorakılıq və cinsi təcavüz xəbərlərindən sonra ədliyyə naziri Yılmaz Tunç və daxili işlər naziri Əli Yerlikaya tənqid mərkəzinə düşüblər.


SON XƏBƏRLƏR

20 Dekabr 2024