• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Ərdoğan Srebrenitsadakı hadisələri "qara ləkə" adlandırdı

DÜNYA

11 Iyul 2023 | 13:14

Ərdoğan Srebrenitsadakı hadisələri "qara ləkə" adlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il əvvəl Bosniya və Herseqovinada törədilən Srebrenitsada faciəli hadisələri bəşəriyyətin tarixində qara ləkə adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Bəşəriyyət tarixinə qara ləkə kimi düşən Srebrenitsa soyqırımının 28-ci ildönümündə ölənlərin ailələrinə və yaxınlarına, bütün bosniyalı qardaşlara dərin hüznlə başsağlığı verirəm. Biz Srebrenitsa hadisələrini unutmayacağıq və unutmağa imkan verməyəcəyik ki, belə vəhşiliklər bir daha təkrarlanmasın”, - Türkiyə liderinin sosial şəbəkədəki paylaşımında qeyd edilib.

Bosniya və Herseqovina sakinləri hər il iyulun 11-də Srebrenitsa şəhərində 1995-ci ildə öldürülən 8 mindən çox müsəlmanın xatirəsini yad edirlər. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük humanitar fəlakət hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR