Dünən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana gedəcəyini deyib.
Bəs səfərin məqsədi nədir?
Mövzu ilə bağlı tanınmış jurnalist İbrahim Nəbioğlu Bakıvaxtı.az-a danışıb:
“Yaxın günlərdə Rəcəb Tayyib Ərdoğanın İrana gedəcəyi gözlənilir. Türkiyə tərəf bu səfərin iqtisadi sahədə əməkdaşlığın artırılması nöqteyi-nəzərdən çox önəmli olacağını deyir. Amma İran tərəfi deyir ki, səfər zamanı bölgədə və dünyada baş verən müxtəlif məsələlər müzakirə olunacaq. Yəni Rəcəb Tayyib Ərdoğan İrana gedəcək və ancaq iqtisadi məsələlər müzakirə olunacaq, bu inandırıcı deyil. Ermənistan İran tərəfdən başının daşa dəydini və heç nə edə bilmədiyini gördü. Düşünürəm ki, Türkiyə prezidentinin Tehrana səfərindən sonra Ermənistanın İrandan mədət umması ilə bağlı xaotik hərəkətləri və rabitəsiz bəyanatları da normaya düşəcək”.
Aytac Aslan









jpg-1639637387.webp)






