• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərdoğanın Macarıstan səfərinin proqramı açıqlandı

DÜNYA

18 Dekabr 2023 | 09:29

Ərdoğanın Macarıstan səfərinin proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfərinin proqramı açıqlanıb.

Bakıvaxtı.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, o, səfər çərçivəsində Macarıstan Baş naziri Viktor Orbanla görüşəcək.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını nəzərdə tutan sənədin imzalanması nəzərdə tutulub.

Liderlər xüsusilə iqtisadiyyat, ticarət, müdafiə sənayəsi, mədəniyyət və enerji sahələrində əməkdaşlığı diqqətdə saxlayacaqlar.

Səfər çərçivəsində 26 müxtəlif sahəni əhatə edən sənədlər imzalanacaq.

Xatırladaq ki, R. T. Ərdoğan bu gün Macarıstana gedəcək. Onu 8 nazir müşayət edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026