• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Baydenlə Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB

DÜNYA

29 May 2023 | 23:12

Baydenlə Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB

ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası xəbər yayıb.

Məlumata görə, Bayden Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Söhbət zamanı qlobal problemlər müzakirə edilib. Dövlət başçıları ABŞ və Türkiyə arasında münasibətlərin hərtərəfli inkişafı ilə bağlı razılığa gəliblər.

 

13:57

Bu gün axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Qeyd edək ki, Türkiyədə mayın 28-də prezident seçkisinin ikinci turunda “Cümhiuriyyət İttifaqı”nın namizədi, Prezidenti Rəcəb Tayyib Ərdoğan 52,16 faiz səslə yenidən bu posta seçilib. Onun rəqibi Cümhuriyyət Xalq Parsiyasının sədri, “Millət ittifaqı”nın prezidentliyə namizədi Kamal Kılıcdaroğlu 47,84 faiz səs toplayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden Rəcəb Tayyib Ərdoğanı prezident seçkisində əldə etdiyi qələbə ilə bağlı təbrik edib: “Mən ikitərəfli məsələlər və ümumi qlobal çağırışlar üzrə NATO müttəfiqimizlə birgə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm”.


SON XƏBƏRLƏR