• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Quranı yandırmaq icazəsi qanuni olsa da... - Kristersson

DÜNYA

28 Iyun 2023 | 21:58

Quranı yandırmaq icazəsi qanuni olsa da... - Kristersson

İsveç polisinin Quranı yandırmağa icazə verməsi qanuni olsa da, yersizdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson deyib.

Eyni zamanda, o, bu hərəkətin İsveçin NATO-ya daxil olmasına təsiri ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Onun sözlərinə görə, indi sakit qalmaq və ölkənin uzunmüddətli perspektivləri haqqında düşünmək lazımdır.

Qeyd edək ki, İsveç polisi Qurban bayramının ilk günündə məscid yaxınlığında Quranın yandırılması aksiyasına icazə verib. Polis əvvəlcə nümayişçilərə icazə verməsə də, aksiya iştirakçıları məhkəməyə müraciət etdikdən sonra icazə alıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026