İspaniya Milli Polisi "qanuni oğru"nun rəhbərlik etdiyi Ermənistandan olan mühacirlərdən ibarət cinayətkar təşkilatın fəaliyyətini dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniya hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə məlumat verilib.
Məlumata görə, İspaniya və Fransada qruplaşmanın 28 üzvü saxlanılıb. Qruplaşmanın başçısı isə krallıqda ələ keçirilib.
Hüquq-mühafizə orqanlarının apardıqları çoxsaylı axtarışlar zamanı odlu silah, döyüş sursatı, pul və qızıl-zinət əşyaları müsadirə olunub.
Cinayət təşkilatının mövcudluğu barədə 2020-ci ilin sonunda məlum olub. Qrupun başçısı barədə əvvəllər də araşdırma aparılıb. Polisin məlumatına görə, şübhəlilər oğurluq, reketçilik, Avropadan tütün qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olublar.


jpg-1687968879.jpg)











jpg-1687968789.jpg)













