• Bakı 8° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğanla Əsəd Özbəkistanda görüşəcək

DÜNYA

23 Avqust 2022 | 11:18 | Müəllif: Subhan Mahmudov

Ərdoğanla Əsəd Özbəkistanda görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd Şanxay Əməkdaşlıq Təşkilatının sentyabr ayında Səmərqənddə keçiriləcək sammitində görüşə bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

“Rusiya prezidenti Ərdoğanı Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək sammitinə dəvət edib. Putin həmçinin Əsədən də bu görüşdə iştirak etməsini istəyib”, - agentlik bildirib.

Agentlik bundan başqa Türkiyənin Ana Vətən Partiyasının baş katibi Doğu Perinçəkin də Suriyaya səfər edəcəyini və Prezident Bəşər Əsədlə görüşəcəyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026