• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ərdoğanla Putin arasında daha bir görüş ola bilər

DÜNYA

05 Sentyabr 2023 | 10:32

Ərdoğanla Putin arasında daha bir görüş ola bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın sonuna doğru BMT-də keçirəcəyi danışıqlardan sonra yenidən rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” qəzeti yayıb. 

“Putinin açıqlamalarından belə nəticə çıxardıq ki, taxıl dəhlizi ilə bağlı danışıqlar hələ bir müddət davam edəcək. Liderlər Ərdoğanın BMT-dəki təmaslarından sonra yenidən görüşə bilərlər”, - deyə qəzet yazıb. 

Qeyd edək ki, 19-25 sentyabr tarixlərində  BMT Baş Assambleyasının iclası keçiriləcək.

Xatırladaq ki, sentyabrın 4-ü Soçidə Rusiya və Türkiyə Prezidentləri arasında danışıqlar baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR