• Bakı 8° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ərəb Parlamentinə yeni sədr seçildi

DÜNYA

28 Oktyabr 2024 | 19:31 | Müəllif: Subhan Mahmudov

Ərəb Parlamentinə yeni sədr seçildi

Birləşmiş Ərəb Əmirliklərindən olan Məhəmməd Əhməd Əl-Yamahi Ərəb Parlamentinin yeni sədri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə keçirilən görüşdə Əl-Yamahi iki il müddətinə parlamentə sədrlik edəcəyi bildirilib.

Onun bəhreynli sələfi Adel bin Abdul Rahman Əl-Asumi iki dəfə ard-arda Ərəb Parlamentinə sədrlik edib.

Ərəb Parlamentinin sədri Məhəmməd Əhməd Əl-Yamahi öz çıxışında vurğulayıb ki, ərəb xalqının üzləşdiyi problemlər ilə mübarizə parlamentin iştirakçılarından qeyri-ənənəvi səylər və həll yolları tələb edir.

Əl-Yamahi Ərəb Parlamentinin təkcə ərəb məsələlərini müdafiə etmək üçün deyil, həm də ərəb ölkələrinin səsini dünyaya çatdırmaq üçün bütün regional və beynəlxalq parlament forumlarında fəal çalışacağını vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026