• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Erməni hərbçi pula görə dövlətə xəyanət etdi - ŞOK MƏBLƏĞ

DÜNYA

18 Oktyabr 2022 | 11:47

Erməni hərbçi pula görə dövlətə xəyanət etdi - ŞOK MƏBLƏĞ

Ermənistanın Milli Təhlükəsizlik Xidməti müqavilə əsasında xidmət edən hərbi qulluqçuların birini dövlətə xəyanətdə ittiham edib.

Bakıvaxtı.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, sözügedən hərbçinin xarici xüsusi xidmət orqanlarına vacib məlumatlar ötürdüyü iddia olunur.

İstintaq məlumatına görə, hərbçi V.X. 2021-ci ilin noyabrında “Odnoklassniki” sosial şəbəkəsində xarici xüsusi xidmət orqanlarının birinin əməkdaşı ilə tanış olub. 

“O, 6 ay ərzində vatsap üzərindən öz hərbi hissəsinin yerləşmə yeri, döyüş mövqeləri, hərbi hissənin balansında olan avtomobil texnikası barədə dövlət sirrini qarşı tərəfə ötürüb. Hərbçi bunun müqabilində 370 dollar əldə edib”, - deyə məlumatda qeyd olunub. 

Həmin hərbçinin saxlanıldığı bildirilir. İstintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026