• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Erməni müxalifəti deputat mandatından məhrum edilir

DÜNYA

14 Iyul 2022 | 19:07 | Müəllif: Subhan Mahmudov

Erməni müxalifəti deputat mandatından məhrum edilir

Ermənistan parlamentinin bugünkü növbədənkənar iclasında müxalifətdən olan deputatların mandatdan məhrum edilməsi reallaşacaq.

Bakıvaxtı.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Bildirilib ki, müxalifətin sahib olduğu 33 mandatın hamısı deyil, 10-14 mandatın geri alınması gündəmdədir:

"Qanunvericiliyə uyğun olaraq, parlament iclaslarının yarıdan çoxunda iştirak etməyən deputatın mandatı geri alına bilər. Hakim partiya da bu qanundan istifadə edəcək. Əsas məqsəd isə hakimiyyəti sərt tənqid edən deputatlardan yaxa qurtarmaqdır. "Mülki müqavilə" fraksiyası bununla tənqidçilərini cəzalandıracaq və parlamentdə "təhlükə yaradan" şəxslərdən qurtulacaq".

Müxalifətin cavabının nə olacağına gəlincə, qəzetin mənbəsi qeyd edib ki, müxtəlif tədbirlər müzakirə olunur ki, bunlardan biri də kollektiv şəkildə mandandan imtina etməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026