• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ukrayna Rusiyaya qalib gəlmək üçün atılması vacib olan 5 addımı açıqlayıb

DÜNYA

13 Avqust 2022 | 12:50

Ukrayna Rusiyaya qalib gəlmək üçün atılması vacib olan 5 addımı açıqlayıb

Ukrayna Prezident Ofisi Rusiyaya qalib gəlmək üçün atılması vacib olan 5 addımı açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində yazıb.

“Bunun üçün Rusiya terrorun himayədarı kimi tanınmalı, Rusiya vətəndaşları üçün viza qadağası tətbiq olunmalı, neftin qiyməti tənzimlənməli, qaz sanksiyası tətbiq edilməli və Ukraynaya silah verilməlidir”, - o vurğulayıb.

Xatırladaq ki, ABŞ Senatı dövlət katibi Entoni Blinkenin Rusiyanı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada törətdiyi cinayətlərə görə terrorizmin himayədarı elan etməyə çağıran qətnaməni yekdilliklə dəstəkləyib.

Avqustun 11-də isə Latviya Seymi Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyıb.


SON XƏBƏRLƏR