• Bakı 17° C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

DÜNYA

13 Avqust 2022 | 16:04

ÜST meymunçiçəyinin iki variantına yeni adlar verdi

Artıq meymunçiçəyi virusunun variantları yeni şəkildə adlandırılacaq. Belə ki, onlar Roma rəqəmləri ilə işarələnəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi saytında məlumat verilib. 

Müvafiq qərarı beynəlxalq təşkilatın ekspertləri qəbul ediblər.

Buna səbəb əvvəlki adların alçaldıcı və ya irqçi sayıla biləcəyi qorxusu olub.

Artıq bu virus xəstəliyinin iki kladının (növ müxtəlifliyi) adı dəyişdirilib.

Belə ki, xəstəliyin əvvəllər “Konqo Hövzəsi” (Mərkəzi Afrika) kimi tanınan variantı indi “klad 1” və ya “I” (“birinci”) kimi, “Qərbi Afrika” növü isə “klad 2” və ya “II” (İkinci) kimi tanınacaq.


SON XƏBƏRLƏR

25 Aprel 2024