• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənilər Livandakı Azərbaycan səfirliyinə hücum etdilər

HADİSƏ

16 Sentyabr 2022 | 22:26 | Müəllif: Subhan Mahmudov

Ermənilər Livandakı Azərbaycan səfirliyinə hücum etdilər

Ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.

Bakıvaxtı.az xəbər verir ki, Livan erməniləri səfirlik qarşısında təxribat törətməyə çalışıb.

Lakin polis əməkdaşları bunun qarşısını almağa çalışıblar. Bu zaman toqquşma baş verib.

Qeyd edək ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan 1000-dək erməni Beyrut polisinə hücumlar edib.

Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR