“Sadə Azərbaycan vətəndaşdan soruşsaq, büdcənin dövlətimizi, ordumuzu gücləndirmək üçün formalaşmasına səs verəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 14 noyabr tarixli iclasında deputat Zahid Oruc deyib.
“İnşaat meydanlarımız qonşu ölkələrin basqısı altındadır, bir çox məhsul xaricdən gəlir. Əgər vaxtında bəzi əlaqələr düzgün qurulsa idi, indi süfrəmizi aqrar məhsullar bəzəyərdi. Qərbin hər addımda suçladığı Stalini vaxtında istehsalın 25%-ə qədər yüksəldi. Biz deyə bilərdik ki, sanaye ölkəsi idik. İndi xalqın gündəliyi dəyişib, birinci məqsəd ölkəni sanayə ölkəsinə çevirməkdir. Texnologiya öndədir. Bütün millətlərdən fərqli olaraq ermənilər qalib gələndə deyil, məğlub olanda güclənirlər. Biz bütün dünyay göstərməliyik ki, ermənilər kimi dağıdıcı deyil, qurucu dövlətik”.
Aytac Aslan


jpg-1699947915.jpg)













