• Bakı 26° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Ermənistanda Azərbaycan əleyhinə qanun layihəsi dəstəklənmədi

DÜNYA

04 Dekabr 2023 | 19:19

Ermənistanda Azərbaycan əleyhinə qanun layihəsi dəstəklənmədi

Ermənistan parlamentinin Dövlət Quruculuğu və Hüquq Komissiyası Qarabağın Azərbaycan ərazisi kimi  tanınmasını cinayət hesab edən "Ayakve" təşəbbüsünün qanun layihəsini rədd edib.

Bakıvaxtı.az erməni mediasına istinadən xəbər verir ki, komissiyanın 3 üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin lehinə, 7 nəfəri isə əleyhinə (hakim “Mülki Müqavilə” fraksiyasından olan deputatlar) səs verib.

Hökumət fraksiyasının deputatları "Ayakve" təşəbbüsünün Azərbaycanla sülh danışıqlarına ciddi maneə olacağını bildiriblər.


SON XƏBƏRLƏR

30 Iyun 2025