• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ermənistanda Konstitusiya dəyişikliyi: Paşinyan nəyi hədəfləyir?

SİYASƏT

20 Fevral 2024 | 10:17 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanda Konstitusiya dəyişikliyi: Paşinyan nəyi hədəfləyir?

Baş nazir Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bəyan edib.

Onun sözlərinə görə, Konstitusiyada islahatların yox, tamamilə yeni Konstitusiyanın qəbul  edilməsi vacibdir. Baş nazir qeyd edib ki, yeni konstitusiyaya ehtiyacın yaranmasına səbəb regionda və dünyada baş verən dəyişikliklərdir.

Ermənistanda Konstitusiya dəyişikliyi müzakirələrini Bakıvaxtı.az-a şərh edən Azərbaycan və Cənubi Qafqaz üzrə türkiyəli siyasi ekspert Mehmet Gökhan qeyd edib ki, bu ölkədə Azərbaycanla müharibənin davam etməli olduğöunu deyənlərdən fərqli olaraq, Paşinyan region ölkələri ilə münasibətləri normallaşdırmaq üçün Konstitusiya dətişikliklərinin tərəfdadırıdır: “Ermənistan Respublikasına yeni Konstitusiya lazımdır. Paşinyan vurğulayıb ki, Ermənistanın inzibati sistemi dəyişməməlidir və dəyişikliklər hakimiyyət mexanizmlərinə təsir etməməlidir”.

Müsahibimiz bildirib ki, Paşinyanın bu təklifindən sonra müxalifət və Konstitusiya islahatında iştirak edən siyasi ictimaiyyətin nümayəndələri bunun böyük ehtimalla Bakının tələbləri ilə bağlı olduğunu iddia ediblər: “Siyasətçi Suren Saakyan bildirib ki, 2022-ci ildə keçirilən görüşdə baş nazir onlara açıq şəkildə bildirib ki, “Azərbaycan Ermənistanı Qarabağın adı keçən hər şeyi vacib sənədlərdən çıxarmağa məcbur edib”. Suren Saakyan “Paşinyan 2022-ci ilin əvvəlində Azərbaycan Konstitusiyası və Müstəqillik Bəyannaməsi ilə bağlı tələblərini bildirib” deyib. Paşinyanın konstitusiya dəyişikliyinə münasibəti müxalifət tərəfindən ciddi şəkildə tənqid olunur və onlar İrəvan administrasiyasını Türkiyə və Azərbaycanın maraqlarından çıxış etməkdə ittiham edirlər”.

M.Gökhan ikinci Qarabağ müharibəsindən bir il sonra Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin “Anadolu” qəzetinə müsahibəsində dediyi “Ermənistan Konstitusiyanı dəyişdirməlidir, çünki bu Konstitusiyada Türkiyənin ərazi tələbləri var və Ermənistan hökuməti ilə sülh sazişi imzalamalıdır” fikirlərini xatırladıb. Onun sözlərinə görə, Bakı İrəvandan revanş cəhdlərindən əl çəkməyi tələb edir: “Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistanın gələcəyi baxımından ölkəsi nəinki indi, hətta gələcəkdə də heç bir ölkədən ərazi iddia etməyəcək. Əliyev vurğulayıb ki, “Ermənistanın İstiqlal Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı iddialar var və digər qanunlardakı ərazi iddiaları dəyişdirilməlidir””.

Analitik bildirib ki, keçən il Paşinyan Konstitusiyanın əsasını təşkil edən İstiqlal Bəyannaməsini bəyənmədiyini açıq-aydın bildirib və İstiqlal Bəyannaməsinin də dəyişdirilməli olduğunu vurğulayıb: “Paşinyan deyib ki, “Bəyannamənin mətninin tədqiqi göstərir ki, biz nəticədə bizi Sovet İttifaqının bir hissəsi edən formul əsasında belə bir çıxış və məzmun seçmişik. Bu, bizi qonşularımızla daim münaqişədə saxlayacaq regional mühitlə qarşıdurma söhbətidir". Paşinyanın burada əsas məqsədi Rusiyanın tərkibində və Rusiya siyasətindən asılı olmayaraq hərəkət etməkdir. Buna görə də o, Sovet İttifaqının bir hissəsi kimi istinad edir. Bundan əlavə, Paşinyan çıxışına “Bizim Ermənistan Respublikasını yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli və yaşana bilən edəcək Konstitusiyamız olmalıdır” sözləri ilə davam edib”.

Mehmet Gökhan: Qərbə inteqrasiyaya çalışan Paşinyan hakimiyyəti daşnak qruplaşmaları ilə də mübarizə aparır

Həmsöhbətimiz qeyd edib ki, Paşinyan Konstitusiya dəyişikliyini gündəmə gətirdikdən sonra Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan belə bir bəyanatla çıxış edib: “Nikol Paşinyanın fəaliyyətinin əsasında anti-Rusiya və Qərblə hər gün özünü büruzə verən geniş təmaslar dayanır. Təbii ki, biz ruslardan da razı deyilik, onlar sülhməramlı funksiyanı yerinə yetirə bilməyiblər, Paşinyan da daim anti-rusizmi təbliğ edir, çünki Qərb bunu tələb edir”.

Baqratyan əlavə edib ki, Qərb homogen deyil və məsələn, Fransanın Ermənistana yanaşması kifayət qədər mənəvi, lakin fundamental deyil. Baqratyan Paşinyanı tənqid edir, eyni zamanda Rusiya və İranın Cənubi Qafqazda təsirinin azaldılmasını tələb edir və Qərbin regionda dominant olmasını istəyir.

M.Gökhan vurğulayıb ki, Qərbə inteqrasiya etməyə çalışan Paşinyan hakimiyyəti Ermənistan daxilindəki daşnak qruplaşmaları ilə də mübarizə aparır: “Ermənistanda mərkəzdə liberal baxışı müdafiə edən Paşinyan hökuməti olduğu halda, İrəvan administrasiyası ultra-millətçi daşnak qruplarının, xüsusən də sərhədləri qoruyan qrupların çəkisini minimuma endirmək üçün yeni Konstitusiya layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış edib. Qərbin dəstəyi ilə hərəkət edən Paşinyan yeni Konstitusiya ilə daşnak qruplarını siyasətdən və idarəçilikdən uzaqlaşdırmaqla öz hakimiyyətini möhkəmləndirmək, eyni zamanda Rusiyanın Cənubi Qafqazda mövcud təsirini qırmaq istəyir”.

Müsahibimizə görə, Ermənistan region ölkələri ilə yaxşı münasibətlər quraraq, bir tərəfdən də özünü yaxşılaşdırmaqla dünyaya açılmağı hədəfləyir: “Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması istiqamətində addım axtaran Paşinyan ərazi iddiası ilə bağlı qanunları korrektə edərəklə münasibətləri yaxşılaşdırmaq, Konstitusiyanı dəyişdirmək məqsədi güdür, eyni zamanda Qərb siyasətini qəbul edərək Rusiyanın bölgədəki təsirini qırmağı hədəfləyir”.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026