• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ermənistanda Rusiya vətəndaşı saxlanıldı

DÜNYA

18 Sentyabr 2021 | 23:30 | Müəllif: Subhan Mahmudov

Ermənistanda Rusiya vətəndaşı saxlanıldı

Ermənistan Polisinin Operativ İdarəsinə banklardan birinin paytaxt Yerevanın Baqramyan prospektindəki filialında siqnalizasiyanın işə düşməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az “Shamshyan.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə yerinə gedən polis əməkdaşıarı bankın filialının şüşəsinin sındırıldığını, həmçinin zalda bir kişini aşkarlayıblar. Binaya daxil olan polis əməkdaşları onu zərərsizləşdiriblər. Bundan sonra əraziyə təcili yardım çağırılıb və o, tibb mərkəzinə aparılıb.

Araşdırmalar zamanı həmin şəxsin Rusiya vətəndaşı, 31 yaşlı Stanislav K. olduğu müəyyənləşdirilib. Məlum olub ki, o, Ermənistana 2 gün əvvəl gəlib.

Fakt üzrə araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR