Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi səfərə yollanıb.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Papikyanın ABŞ-a səfərinin məqsədi və proqramı barədə digər detallar açıqlanmayıb.
Xatırladaq ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün bu gün Moskvaya gedir.
















