• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Əslində o müraciəti DİN etməməlidir, amma" - Media eksperti

MEDİA

26 Oktyabr 2022 | 14:44 | Müəllif: Qalib İbrahimoğlu

"Əslində o müraciəti DİN etməməlidir, amma" - Media eksperti

“Daxili İşlər Nazirliyinin məlumatı və müraciəti çox yerindədir, uyğundur və lazımdır”.

Bunu Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə müraciətini şərh edən Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, bunu jurnalist etikası da tələb edir: “Mən hesab edirəm ki, əslində, o müraciəti DİN etməməlidir. Azyaşlıların həyatı, xüsusən bir sıra gözlənilməz hadisələrdə iştirakı, şəxsiyyətləri, şəkilləri və s. bununla bağlı bir sıra prinsiplər var ki, jurnalistlər onu gözləməlidirlər. Jurnslistlər onu gözləməyəndə DİN məcbur olub belə bir müraciət edir".

Bunun bir peşəkarlıq göstəricisi olduğunu deyən Q.Məhərrəmli bildirib ki, ümumiyyətlə, şəxsi həyata müdaxilə, o cümlədən, uşaqlarla bağlı məsələ həssas məsələlərdir və buna daim diqqət yetirmək vacibdir.

"Daxili İşlər Nazirliyinin məlum müraciəti normal müraciətdir”, - deyə Qulu Məhərrəmli əlavə edib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial media istifadəçiləri və jurnalistlərə müraciət edərək, azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymamağa çağırıb: "Bu tövsiyədir, xahişdir. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir". Müraciətdə bildirilib ki, hər bir fakt üzrə DİN tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir.

Hansısa sual varsa, bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz. DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyin növbətçi hissələrinə daxil olan bütün məlumatlar mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026