Ev heyvanlarının yaşını hesablayarkən heyvanın yaşını 7-yə vurmaq artıq qəbul edilən bir üsul deyil. Əvəzində daha çox elmi üsullarla hazırlanmış bir düstur var.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ln funksiyalı kalkulyatorda siz ev heyvanınızın yaşını “ln (heyvan yaşı) *16+31” düsturu ilə hesablaya bilərsiniz. Bununla belə, qida istehsalçısı Purina daha asan başa düşülən bir siyahı hazırlayıb.
Pişiyin bir ili 15 illik insan ömrünə uyğun gəlir, lakin sonradan bu fərq azalır.
Cədvələ görə, məsələn, 5 ildir yaşayan pişik əslində 36 yaşlı insan qədər yaşayır. 10 ildir yaşayan pişik insan yaşında 56 ildir ki, bu dünyada olub.
Ay Tac