• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Suraxanıda hərbi sursat aşkar olundu - VİDEO

CƏMİYYƏT

28 Sentyabr 2023 | 11:30

Suraxanıda hərbi sursat aşkar olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQO əl qumbarası və partladıcısı olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Suraxanıda hərbi sursat aşkar olundu - VİDEOSuraxanıda hərbi sursat aşkar olundu - VİDEOSuraxanıda hərbi sursat aşkar olundu - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026