• Bakı 23° C

    5.38 m/s

Exit-poll keçirilən məntəqələrin sayı açıqlanıb

SİYASƏT

01 Sentyabr 2024 | 08:18 | Müəllif: Əli Hüseynov

Exit-poll keçirilən məntəqələrin sayı açıqlanıb

Növbədənkənar parlament seçkiləri ilə bağlı 2500-ə yaxın məntəqədə exit-poll keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026