Finlandiyada keçirilən təlim zamanı Norveçə məxsus iki F-35A döyüş təyyarəsi bir ilkə imza ataraq magistral yola enib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, ilk dəfə F-35A döyüş təyyarələrinin şəxsi uçuş-enmə zolağından başqa magistral yola enməsi idi. Norveç Kral Hərbi Hava Qüvvələrindən verilən açıqlamada Finlandiyada keçirilən təlim zamanı iki F-35A tipli döyüş təyyarəsinin magistral yola düşdüyü açıqlanıb.
Bildirilib ki, Finlandiyanın F-18 döyüş təyyarələri ilə 21 sentyabr cümə axşamı günü keçirilən təlimdən sonra Tervo şossesinə enən F-35A döyüş təyyarələrinə mühərrikləri işlək vəziyyətdə yanacaq doldurulub. Təyyarələrin qısa müddət sonra yenidən havaya qalxdığı bildirilib.
Xatırladaq ki, F-35-in başqa bir növü olan və şaquli eniş edə bilən F-35B daha əvvəl yola enmişdi. Ancaq Norveç F-35A təyyarələrinin yola enməsi şaquli eniş edə bilməyən F-35 reaktivinin bu versiyası üçün ilk idi.
Norveç Kral Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Rolf Folland F-35A döyüş təyyarələrinin magistral yola ilk enişi ilə bağlı açıqlamasında deyib: “Bu, dönüş nöqtəsidir. Təkcə Norveç Hərbi Hava Qüvvələri üçün deyil, həm də Şimali Avropa ölkələri və NATO üçün yeni başlanğıcdıe. Bu, bizim dispersiya konsepsiyasını həyata keçirmək qabiliyyətimizi göstərir”.
Folland “Beləliklə, kiçik hava limanları və magistral yollardan istifadə edə bilmək müharibədə sağ qalma qabiliyyətimizi artırır.
Bu, həm də Skandinaviya regionunda hərbi-hava əməkdaşlığı çərçivəsində başlatdığımız maraqlı inkişafın göstəricisidir" dedi.
Finlandiyanın bu il NATO-ya üzv olduğunu xatırladan Folland “Finlandiya uzun müddətdir yaxın tərəfdaşdır və indi də müttəfiqdir. Onun düz və geniş magistralları o deməkdir ki, biz dağılma konsepsiyamızı daha da inkişaf etdirə bilərik. Konseptin məqsədi düşmənin bizim təyyarəmizi yerdə olarkən hədəfə almasını çətinləşdirməkdir”, - deyə vurğulayıb.
Ay Tac















