İyulun 9-u saat 9:00-a olan məlumata görə gözlənildiyi kimi, hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağıb.
Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, düşən yağıntının miqdarı Göyçay, Şahdağ, Neftçala, Şəkidə 1 mm-dək olub.
Şərq küləyi iyulun 8-də sarı xəbərdarlığa uyğun olaraq Gəncədə 18 m/s, Culfa, Şahbuzda 17 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 29 dərəcəyədək isti olub.












jpg-1723038378.webp)



